“Real” mövsümü məğlubiyyətlə, “Barselona” heç-heçə ilə başa vurdu

İspaniya La Liqasında mövsümə yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu – 38-ci turun ilk oyun günündə 8 qarşılaşma keçirilib.

Hər birində dörd qolun qeydə alındığı “Levante” – “Atletiko”, “Xetafe” – “Vilyarreal” və “Selta” – “Rayo Valyekano” görüşlərində qalib müəyyənləşməyib. “Espanyol” “Real Sosyedad”ı, “Sevilya” “Atletik”i, “Alaves” “Jirona”nı, “Hueska” “Leqanes”i məğlub yola salıb. “Valyadolid” – “Valensiya” matçı isə qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

Çempion “Barselona” bu tur səfərdə “Eybar”la qarşılaşıb və heç-heçəyə razılaşıb. “Real” isə “Betis”i qəbul edib. Madrid klubu mövsümü məğlubiyyətlə başa vurub.

İspaniya La Liqası, 38-ci tur

18 may

Levante – Atletiko 2:2
Qol
: Kabako, 6. Marti, 36 – Rodri, 68. Kamello, 79.

Espanyol – Real Sosyedad 2:0
Qol
: Rosales, 58. Ley, 65.

Xetafe – Vilyarreal 2:2
Qol
: Portillo, 13. Maksimoviç, 76 – İborra, 44. Moreno, 87.

Sevilya – Atletik 2:0
Qol
: Ben Yedder, 44. El Haddadi, 90.

Valyadolid – Valensiya 0:2
Qol
: Soler, 36. Moreno, 52.

Alaves – Jirona 2:1
Qol
: Vakaso, 40. Kalyeri, 83 – Portu, 86.

Selta – Rayo Valyekano 2:2
Qol
: Aspas, 82-pen; 90 – Embarba, 29-pen. Medran, 71.

Hueska – Leqanes 2:1
Qol
: Mantovani, 55; 83 – Mantovani, 39-öz qapısına.

19 may

Real – Betis 0:2
Qol
: Moron, 61. Xese, 75.

Eybar – Barselona 2:2
Qol
: Kukurella, 20. De Blasis, 45 – Messi, 31; 32.

Bombardir: Lionel Messi (Barselona) – 36 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button