12 il sonra ayrılıq

“Atletik”in futbolçusu Markel Susaeta yayda klubu tərk edəcək.

Komanda.az xəbər verir ki, bu barədə Bilbao təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçinin mövsümün sonunda komandadan ayrılacağı və karyerasını başqa klubda davam etdirəcəyi bildirilir.

“Atletik” yetirməsi olan Susaeta, bu mövsüm La Liqada 21 qarşılaşmada iştirak edib.

31 yaşlı oyunçu, 2007-ci ildən çıxış etdiyi “Atletik”in əsas komandası ilə 506 rəsmi oyuna çıxıb, 56 qol vurub və 87 məhsuldar ötürmə edib. Susaeta bir dəfə də İspaniya millisinin şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button