“Aston Villa” 40 milyon avroluq transferi bitirir

“Vulverhempton”un yarımmüdafiəçisi Joao Qomes karyerasını “Aston Villa”da davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Birmingem klubu 25 yaşlı futbolçunun transferi ilə bağlı “Vulverhempton”la razılığa gəlib.

Transferin dəyəri 40 milyon avro təşkil edəcək. Müqavilədə əlavə olaraq 5 milyon avro bonus ödənişinin də nəzərdə tutulduğu bildirilir. Daha əvvəl braziliyalı futbolçunun transferinə ən yaxın klubun “Atletiko” olduğu bildirilsə də, Madrid təmsilçisi oyunçunun agenti Jorje Mendeşin fəaliyyəti ilə bağlı narazılıq səbəbindən bu keçiddən imtina edib.

Yarımmüdafiəçi ilə “Mançester Yunayted” və “Liverpul” da maraqlanırdı.

Qomes ötən mövsüm İngiltərə Premyer Liqasında 35 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button