Artetanın oğlu debüt etdi, komandası qələbə qazandı

“Arsenal”ın baş məşqçisi Mikel Artetanın böyük oğlu Qabriel Arteta Bernal “topçular”ın U-18 komandasında debüt edib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, 16 yaşlı futbolçu hələ fevralda U-18 komandasının “İpsviç”lə keçirdiyi yoxlama oyunu üçün heyətə daxil edilmişdi. Lakin onun rəsmi debütü dünən baş tutub.

Gənc Arteta U-18-in “Bləkbern”lə matçında 70-ci dəqiqədə meydana daxil olub və komandasının 3:0 hesablı qələbəsinə töhfə verib. O, atasından fərqli olaraq, yarımmüdafiənin mərkəzində yox, cinah hücumçusu (vinger) mövqeyində çıxış edir.

Mikel Arteta isə futbolçu karyerasında “Everton”, PSJ və “Arsenal”da mərkəz yarımmüdafiəçisi kimi oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button