“Artetanın etdikləri məni təəccübləndirmir” – Poçettino

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “Arsenal”ın çalışdırıcısı Mikel Arteta haqda fikirlərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis Artetanın etdiklərinin onu təəccübləndirmədiyini bildirib:

“Arsenal”a hörmət edirik. Əla komandadır. Komandaya mənim üçün ailənin bir hissəsi olan Mikel Arteta rəhbərlik edir. “Arsenal” Premyer Liqa və Çempionlar Liqası da daxil olmaqla bütün turnirlərdə iddialı çıxış edir. Buna görə də, Artetanın etdikləri məni təəccübləndirmir. O, əladır, gəncdir və hər gün inkişaf edir. Arteta dünyanın ən böyük məşqçilərindən birinə çevrilə bilər”.

“Topçular” Premyer Liqanın 8 turundan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button