“Arsenal”da itki

“Arsenal” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Aron Remzi Avropa Liqasının 1/4 finalında “Napoli” ilə keçirilən matçda (1:0) zədələnib. 35-ci dəqiqədə əvəzlənən Remzinin durumu tibbi müayinələrdən sonra bilinəcək.

İngiltərə mətbuatı Remzinin zədəsinin ciddi olduğunu və 1-2 ay yaşıl meydanlardan uzaq qalacağını iddia edir. Belə olduğu halda, Remzinin “Arsenal”dakı karyerası bitmiş olacaq. Çünki yarımmüdafiəçi “Yuventus”la razılaşıb və mövsümün sonunda Turin təmsilçisinə azad agent kimi keçəcək.

Remzi 2008-ci ildən “Arsenal” forması geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button