“Arsenal”da bir illik müqavilə


“Arsenal” futbolçusu Naço Monrealın müqaviləsinin müddətini artırmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, “topçular” 32 yaşlı müdafiəçiylə bir illik yeni sözləşmə imzalayacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

2013-cü ildə “Malaqa”dan transfer edilən Monrealın “Arsenal”la hazırkı müqaviləsi mövsümün sonuna qədərdir.

İspan futbolçu cari mövsümdə 15 qarşılaşmada iştirak edərək, 1 qol vurub və 4 məhsuldar ötürməylə yadda qalıb.

Monreal 22 dəfə də İspaniya millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button