“Arsenal” “Mançester Yunayted”dən üzr istədi FOTO

İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən “Arsenal” – “Mançester Yunayted” matçında “topçular”ın bir azarkeşi meydana daxil olaraq, qonaqların müdafiəçisi Kris Smollinqə hücum edib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hadisə ev sahiblərinin 2-ci qolundan sonra baş verib. Qol sevincini meydana daxil olaraq yaşayan azarkeş, polis tərəfindən saxlanılıb.

“Arsenal” Smollinqə hücum edən azarkeşə görə “Mançester Yunayted”dən və futbolçudan üzr istəyib:

“Azarkeşimizin bu hərəkətini qınayırıq. “Mançester Yunayted” və Smollinqdən üzr istəyirik. Bunu edən azarkeş artıq saxlanılıb.

London polisiylə əməkdaşlığımıza davam edəcəyik. Həmin azarkeşin ev və səfər oyunlarına girişinə qadağa qoyulacaq”.

“Arsenal” “Mançester Yunayted”i 2:0 hesabıyla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button