
“Arsenal” Braziliya klubunun istəyini rədd edib
“Flamenqo” rəhbərliyi “Arsenal”la görüş keçirərək “topçular”dan yarımmüdafiəçi Jorjinyonu Braziliya klubuna buraxmağı xahiş edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Flamenqo”nun italiyalı futbolçunun azad agent kimi keçidi ilə bağlı razılaşmaq istədiyi bildirilmişdi.
“Arsenal” “Flamenqo”nun istəyini rədd edib. “Qırmızı-qaralar”ın 33 yaşlı yarımmüdafiəçini yayda, “topçular”la müqaviləsi başa çatdıqdan sonra pulsuz almaq üçün çalışmaq niyyətində olduğu vurğulanır.
Jorjinyo bu mövsüm bütün turnirlərdə 20 oyun keçirib, 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin