“Arsenal” “Barselona”nı qabaqlamaq istəyir

“Arsenal” “Levante”nin hücumçusu Etta Eyonqun transferi üçün hərəkətə keçib.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, London klubu kamerunlu futbolçuya maraq göstərən “Barselona”nı qabaqlamaq məqsədilə 40 milyon avroluq sərbəstqalma maddəsini aktivləşdirməyə hazırdır.

“Topçular”ın planına əsasən, transfer baş tutacağı təqdirdə, Eyonq mövsümün sonuna qədər “Levante”də icarədə qalacaq.

22 yaşlı forvard cari mövsümdə La Liqada 12 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button