Arda və Mbappe bu göstəricidə La Liqda liderdir

“Real”ın aparıcı oyunçuları Kilian Mbappe və Arda Gülər bu mövsüm La Liqada komanda yoldaşları üçün ən çox qol imkanı yaradan futbolçular olub.

Komanda.az “Squawka”-ya istinadən xəbər verir ki, fransalı və türk oyunçunun hesabında hərəyə 32 ötürmə var.

Siyahıda növbəti yerləri elə “Real”ın digər hücumçusu Vinisius Junior və “Espanyol”dan Edu Ekspozito tutur. Hər iki futbolçu 28 dəfə komanda yoldaşlarını zərbə vəziyyətinə çıxarıb. Onların ardınca “Vilyarreal”ın oyunçusu Nikola Pepe və “Atletiko”nun hücumçusu Xulian Alvares gəlir – hərəsinin hesabında 26 belə ötürmə var.

“Real” 12 turdan sonra 31 xalla La Liqanın lideridir. “Barselona” turnir cədvəlində 28 xalla 2-ci pillədə qərarlaşıb. Növbəti turun oyunları 21–24 noyabr tarixlərində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button