“Araz Naxçıvan”ın oyunçusuna 4 matçlıq cəza

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı qərarlar qəbul olunub:

Gənclər Liqasında keçirilən “Kəpəz” PFK – “Sabah” FK oyununda “Kəpəz”in məşqçi Orxan Verdiyev qarşılaşmanın 35-ci dəqiqəsində hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan uzaqlaşdırıldıqdan sonra hakimlər briqadasını təhqir etdiyinə və tribunaya qalxdıqdan sonra da təhqirə davam etdiyinə görə 5 oyun cəzalandırılıb.

Futzal üzrə Yüksək Liqada keçirilən “Araz Naxçıvan” – “Record” oyununda, “Araz Naxçıvan”ın oyunçu Mateus Lukas Dos Santos oyunun 26-cı dəqiqəsində təcavüzkar davranışa (rəqibi bilərkdən ayaq ilə vurduğuna görə) birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button