Ançelotti: “Vinisius daha təmkinli olmalıdır”

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın hücumçusu Vinisius Juniorun La Liqanın 29-cu turunun “Osasuna” ilə son matçında (4:2) həddindən artıq emosionallığa görə sarı vərəqə alması haqda danışıb.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, o, braziliyalı futbolçunun daha təmkinli olmasının gərəkli olduğunu deyib:

“Vinisius oynadığı bütün oyunlarda təsirli olur. Amma göstərdiyi emosiyalarda daha təmkinli olmalıdır. O, təvazökar, ciddi və ağıllı oyunçu olduğu üçün bu vəziyyətin öhdəsindən gələcək”.

23 yaşlı hücumçu ilk hissənin sonunda sarı vərəqə alıb. Vinisius görüşün 4-cü dəqiqəsində ilk qolunu vurub və 64-cü dəqiqədə dubla imza atıb.

“Real” martın 31-də “Atletik”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button