Ançelotti klub prezidentinə təşəkkür etdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubunun transfer işlərindən danışıb.

Komanda.az “Times Sport”-a istinadən xəbər verir ki, o, klubun prezidentinin inanilmaz transferlər heyata keçirdiyini söyləyib:

“Prezidentimizin artıq 77 yaşı var. O, klubdakı vəziyyətin daim dəyişməsini istəmir. “Real” yaxşı idarə olunan layihədir. Florentino Peres bir çox hallarda inanılmaz transfer kampaniyaları keçirib. Bellingem, Rodriqo, Valverde bizə gəldi. Onların hamısı öz zirvələrindədir. Endrik tezliklə komandaya qoşulacaq. Peres, belə gözəl işə görə təşəkkür edirəm”.

Fransalı hücumçu Kilian Mbappenin bu yay “Real”a qoşulacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button