Ançelotti ukraynalı ilə yeni müqavilə bağlanmasını istəyir

“Real”ın baş məşqçisi Karlo Ançelotti qapıçı Andrey Luninin Madrid klubu ilə yeni müqaviləyə layiq olduğunu bildirib.

Komanda.az “Don Diario”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis Luninin gələcəkdə “Real”ın digər qapıçısı Tibo Kurtua ilə rəqabət aparmaq üçün real şansı olacağını düşünür. Ukraynalı futbolçu indi Kurtuanın onu əsas heyətdəki yerindən məhrum edə biləcəyi ehtimalını düşünərək, Madrid klubunda oynamağa davam edib-etməməsini nəzərdən keçirir.

Bununla belə, Ançelotti artıq Luninlə söhbət edib və əmin edib ki, yaxın illərdə onun komandada “bir nömrə” olmaq üçün real imkanları olacaq. 64 yaşlı baş məşqçi qolkiperlə müqavilənin uzadılmasında israrlıdır.

Lunin bu mövsüm bütün turnirlərdə 20 oyun keçirib və qapısından 16 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button