“Karyeramda çoxlu gənc oyunçularım olub, amma…” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın gənc futbolçularının çıxışını yüksək qiymətləndirib.

Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis, onların karyerasında gördüyü ən maraqlı gənc oyunçular qrupu olduğunu bildirib:

“Bu, karyeramda yaşadığım ən maraqlı gənc oyunçular qrupudur? Bəli, mən belə düşünürəm. Karyeramda çoxlu gənc oyunçularım olub, amma fikrimcə, bu qrup həqiqətən yaxşıdır. Bu, klub və oyunçuların özləri üçün gözəl gələcək olacaq, çünki onlar həqiqətən bacarıqlıdırlar.

Gənclərin təcrübəsi yoxdur, amma həvəsləri var. Veteranlarla yeniyetmələr arasında yaxşı əlaqə qurulub. Son iki-üç ildə onlarla ünsiyyət həqiqətən də əla olub”.

“Real” 30 turdan sonra 75 xalla La Liqaya başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button