Ançelotti onun “Real”da qalmasını istəyir

“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Brahim Diasın klubda qalmasını istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı 24 yaşlı futbolçuya inanır və onunla işini davam etdirmək istəyir.

Dias yay transfer pəncərəsində “Milan”, “Liverpul”, “Mançester Yunayted” və “Arsenal”ın əsas hədəflərindən biri ola bilər.

“Real” hazırda La Liqada 28 oyundan sonra 69 xalla turnir cədvəlinə başçılıq edir. Dias bu mövsüm bütün yarışlarda 32 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button