Ançelotti: “Bellingem hakimi təhqir etməyib”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 27-ci turunun “Valensiya” ilə oyununda (2:2) qırmızı vərəqə alaraq meydandan qovulan yarımmüdafiəçisi Çud Bellingemi müdafiə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunun meydandan qovulmasının səbəbi haqda bunları deyib:

“Bellingemin meydandan qovulması bizi narahat etmir, çünki o, hakimi təhqir etməyib. Bellingem ona “Bu, lənətə gəlmiş qoldur!” dedi. Lakin onu təhqir etmədi”.

20 yaşlı yarımmüdafiəçi dünən “Valensiya” ilə matçda hakimlə mübahisə etdiyi üçün final fitindən sonra qırmızı vərəqə alıb. Matçdan sonra məlum olub ki, mübahisə zamanı o, hakimi təhqir edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button