Ançelotti: “Bəzən hər şey istədiyimiz kimi olmur”

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının “Betis”lə heç-heçə etdiyi (1:1) İspaniya La Liqasındakı son oyunu haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, matçın yaxşı keçdiyini bildirib:

“Hər iki tərəfin yaxşı çıxış etdiyi yaxşı matç oldu. Nəticə ədalətlidir. Oyunda daha yaxşı olduğumuz bir vaxtda qol buraxdıq. Amma “Betis” bizim kimi yaxşı oynadığı üçün uduzmağa layiq deyildi. Bəzən hər şey istədiyimiz kimi olmur”.

İspaniya çempionatının 16 turundan sonra “Real” 39 xal toplayıb və hazırda birinci pillədə qərarlaşıb. “Betis” 26 xalla yeddinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button