Ançelotti Arrisabalaqaya güvənməməsinin səbəbini izah edib

“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubunda icarə əsasında çıxış edən “Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa ilə perspektivləri haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Real”ın start heyətində yerini ukraynalı qapıçı Andrey Luninə verib və son 11 matçı ehtiyat oyunçular skamyasında keçirib. Zədəli Tibo Kurtua qayıtdıqdan sonra Arrisabalaqa komandada “üçüncü qapıçı” mövqeyinə keçəcək. Klubun baş məşqçisi Karlo Ançelotti bu vəziyyəti qapıçıya şəxsən izah edərək, həm “Real”da, həm də “Çelsi”də rəqabəti itirməsinə səbəb olan çıxışındakı çatışmazlıqları qeyd edib.

Madrid klubu artıq Arrisabalaqanın bu mövsümün sonunda komandadan ayrılacağına qərar verib.

Hazırda “Real” İspaniya çempionatının turnir cədvəlinə 72 xalla başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button