Ançelottidən Kulibali ilə bağlı açıqlama

Son zamanlar adı “Mançester Yunayted” və “Real”la yanaşı çəkilən “Napoli”nin futbolçusu Xalidu Kulibali ilə bağlı açıqlama verilib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, seneqallı müdafiəçi üçün “kral klubu” 90 milyon avro, “qırmızı şeytanlar” isə 110 milyon avroluq təklif göndərsələr də, Neapol təmsilçisi bu təklifləri rədd edib.

Məsələylə bağlı açıqlama verən “Napoli”nin baş məşqçisi Karlo Ançelotti futbolçunun komandadan ayrılmayacağını deyib:

“Kulibali növbəti mövsümdə də “Napoli”də oynayacaq”.

“Napoli” ilə 2023-cü ilədək müqaviləsi olan 27 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 48 oyuna 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button