
Xulian Alvaresin gələcəyinə aydınlıq gəlib
“Atletiko”nun hücumçusu Xulian Alvaresin gələcəyi ilə bağlı yayılan transfer xəbərlərinə aydınlıq gəlib.
Komanda.az “Cadena SER”-ə istinadən xəbər verir ki, Argentina millisinin üzvü yaxın vaxtlarda nə “Arsenal”, nə də PSJ-yə keçəcək. Son günlər müxtəlif iddialar ortaya atılsa da, futbolçunun bu klublara transferi gündəmdə deyil.
26 yaşlı forvard komandadan ayrılacağı təqdirdə, yalnız “Barselona” variantını nəzərdən keçirə bilər. Bununla belə, Alvares transfer üçün israr etmək niyyətində deyil və vəziyyətin inkişafını gözləyir.
Digər tərəfdən, Madrid klubunun rəhbərliyi son vaxtlar “Barselona” ilə bağlı yayılan transfer şayiələrindən narazıdır və kataloniyalılarla bu mövzuda danışıqlar aparmağa həvəs göstərmir. Bu səbəbdən, futbolçunun növbəti mövsümdə də “Atletiko”nun heyətində qalması real görünür.
Alvares ötən mövsüm bütün turnirlərdə 49 oyunda meydana çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



