
Alonsonun “Real”dakı gələcəyi sual altındadır
“Real” İspaniya La Liqasında növbəti dəfə xal itkisi yaşayıb.
Madrid təmsilçisi bu dəfə “Jirona” ilə heç-heçə (1:1) edərək, çempionatda ardıcıl üçüncü dəfə qələbədən uzaq qalıb. Bu nəticə komandanı turnir cədvəlindəki liderliyindən məhrum edib və birinci yer “Barselona”ya keçib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nda baş məşqçi Xabi Alonsonun istefaya göndərilməsi ehtimalı ciddi şəkildə müzakirə olunur.
İspaniyalı mütəxəssisin taleyi qarşıdakı oyunlardan sonra müəyyənləşəcək. Klub prezidenti Florentino Peresin ehtimal edilən yeganə namizədi isə Zinəddin Zidan göstərilir. Bununla belə, informasiyanın etibarlı mənbələr tərəfindən təsdiqlənmədiyi vurğulanır.
Alonso bu ilin yayında Karlo Ançelottini əvəz edərək, baş məşqçi postuna gətirilib. Onun komandası dekabrın 3-də səfərdə “Atletik”lə qarşılaşacaq.
Bizi Facebook-da izləyin


