“Futbolçularımız “Atletiko”ya qarşı necə oynamağı yaxşı bilirlər”

“Real” İspaniya superkubokunun yarımfinalında əzəli rəqibi “Atletiko”nu 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Matçın 2-ci dəqiqəsində Federiko Valverde “kral klubu”nu hesabda irəli çıxarıb. 55-ci dəqiqədə isə Rodriqo fərqi iki topa çatdırıb. “Atletiko”nun heyətində 58-ci dəqiqədə Aleksandr Sörlot fərqlənib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Real”ın baş məşqçisi Xabi Alonso qarşılaşmanı dəyərləndirib:

“Çox çətin oyun oldu. Valverdenin matçın əvvəlində vurduğu qol bizə ciddi kömək etdi. Oyunun böyük hissəsində müdafiə olunmalı olduq. Futbolçularımız “Atletiko”ya qarşı necə oynamağı yaxşı bilirlər və bunu meydanda göstərdilər. Hesab 2:0 və 2:1 olarkən belə, dəyişikliklər etməli olduq. Kuboklar məhz belə oyunlarla qazanılır”.

“Real” İspaniya superkubokunun finalında, bu ayın 11-də “Barselona” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button