Alonso: “Real” “Barselona” ilə oyuna tam hazır olacaq”

“Real”ın baş məşqçisi Xabi Alonso “Barselona” ilə qarşıdakı İspaniya superkuboku finalı öncəsi danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı komandasının final qarşılaşmasında favorit hesab edilməməsi ilə bağlı fikirlərini bölüşüb:

“Bu, xüsusi bir oyun olacaq. Buraya çatmaq üçün çox çalışdıq. Kubok uğrunda mübarizə aparacağıq və komanda tam hazır olacaq. Qarşıdakı matçda hər şey mümkündür. Hazırda yalnız öz hazırlığımıza fokuslanmışıq”.

“Barselona” və “Real” arasında keçiriləcək superkubokun finalı sabah saat 23:00-da start götürəcək. Qarşılaşma Səudiyyə Ərəbistanında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button