“Bura Messi və ya Ronaldo olmaq üçün gəlməmişəm”

Almaniyanın “Herta” klubunda çıxış edən Kevin-Prins Boatenq açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qanalı yarımmüdafiəçi, son zamanlarda sərgilədiyi oyunla bağlı fikirlərini bildirib:

“Karyeramda çox tənqid olundum. Yaxşı oynamaya bilərəm, bunu görürəm. Nəyi daha yaxşı edərəm deyə, çalışıram. İnsanlar bunu başa düşməlidir – bura təkbaşıma qol vuracaq, məhsuldar ötürmə edəcək, komandama qələbə qazandıracaq 25 yaşlı Boatenq kimi gəlməmişəm. Bunu mən də bilirəm, klub da. Bura Lionel Messi və ya Kriştiano Ronaldo olmaq üçün gəlməmişəm”.

Boatenq 2021-ci ilin yayından “Herta”da çıxış edir. 34 yaşlı oyunçu daha əvvəl İspaniyada “Barselona”, İtaliyada “Milan”, Türkiyədə “Beşiktaş” kimi klubların da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button