Bundesliqa klubunda baş məşqçi ilə bağlı qərar verildi

Almaniyanın “Herta” klubunda baş məşqçi Pal Dardai ilə bağlı qərar verilib.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Dardainin vəzifəsində qalacağı və komandanı yeni mövsümə hazırlaşdıracağı bildirilib.

45 yaşlı mütəxəssis bu ilin yanvarında “Herta”ya baş məşqçi təyin olunub. Onun rəhbərlik etdiyi kollektiv Bundesliqada mövsümü 14-cü sırada bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button