“Borussiya” ABŞ millisinin üzvü ilə anlaşdı

Almaniyanın “Borussiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Münhenqladbax təmsilçisi “Nyu York Siti”dən Co Skallini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 16 yaşlı müdafiəçi 2021-ci ilin yanvarında “Borussiya”ya qoşulacaq.

17 yaşadək futbolçulardan ibarət ABŞ millisinin formasını geyinən Skalli, 15 yaşında MLS-də debüt edib.