“Bavariya”dan ayrılan futbolçuya Fransadan təklif

Almaniyanın “Bavariya” klubundan ayrılan Jerom Boatenq Fransadan təklif alıb.

Komanda.az xəbər verir ki, “Monako” klubu 32 yaşlı müdafiəçini transfer etmək istəyir. Bu barədə italyan jurnalist Nikola Skira özünün “tvitter” səhifəsində paylaşım edib. O, “Monako”nun Boatenqə iki illik təklif göndərdiyini bildirib.

Boatenqlə “Monako” ilə yanaşı, İtaliyadan “Latsio” və “Roma” klubları da yaxından maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button