“Alkorkon” İsrafilovun yoxluğunda məğlub oldu

Futbol üzrə İspaniya Sequndasında 30-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Elçe” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 1:3.

İsrafilov hazırda Azərbaycan yığmasının düşərgəsində olduğu üçün bu görüşün iştirakçısı olmayıb.

Hazırda 43 xala malik “Alkorkon” 22 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.