Aftandil Hacıyev: “Maariflənmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdı”

“Səbail”in baş məşqçisi Aftdandil Hacıyev Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Çempionat sona yaxınlaşdıqca həyəcan artır. Bu gün azarkeşlər üçün baxımlı oyun alındı. Bəzi məqamlarda səhvlərimizdən rəqib yararlanmağı bacardı. Oyunda dönüş yaratmaq üçün ilk hissədən sonra Yevgeni Koçuku meydana buraxdıq. Çoxdandı belə ikinci yarı görmürdük. 2 qol vurduq və vacib 3 xal qazandıq.

Tome Kitanovskinin qırmızı vərəqə aldığı epizoda gəlincə, həqiqətən də yeni qaydalardan xəbərim yoxdu. Ümumiyyətlə, futbolçularımız arasında maariflənmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdı. Kitanovskinin oyunundan razı qaldım. Amma əli ilə hakimə sarı vərəqə göstərişi verdi. Açığı, onu əvəzləmək istəyirdim. Deməzdim ki, hər dəfə qol buraxdıqdan sonra qollar vururuq. Amma bu məqam üzərində daha çox dayanmaq lazımdı. Qalan dəqiqələrdə hücumlar edib qollar vurmağımız müsbət məqamdı. Planımızda “Sumqayıt”ı topsuz qoymaq və irəliləyən dəqiqələrdə boşluqlardan yararlanmaq vardı. Hələ avrokubok barədə düşünmək tezdi.

Maykl Essyeni hər oyunda meydana buraxmaq istəyirik. Amma istəmirik ki, bir ildir oynamayan futbolçu zədələnsin. Onunla 1,5 illik müqaviləmiz var. Qarşıda çox oyunda ondan yararlana biləcəyimizi düşünürəm”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button