Afrika Millətlər Kuboku: 3 xalı tək qolla qazandılar

Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

B qrupunda Seneqal yığması Zimbabveyə, Qvineya isə Malaviyə minimal hesabla qalib gəlib. C qrupunda isə Mərakeş Qananı, Qabon da Komor adaları yığmasını minimal hesabla üstələyib.

Afrika Millətlər Kuboku

10 yanvar

B qrupu

Seneqal – Zimbabve 1:0
Qol
: S.Mane, 90+7-pen.

Qvineya – Malavi 1:0
Qol
: İ.Silla, 35.

C qrupu

Mərakeş – Qana 1:0
Qol
: Boufal, 83.

Komor adaları – Qabon 0:1
Qol
: Bupendza, 16.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button