Afrika Millətlər Kubokunda danışılmış oyun ittihamı

Afrika Millətlər Kubokunda Konqonun Zimbabveni 4:0 hesabı ilə məğlub etdiyi oyunla bağlı gözlənilməz ittiham irəli sürülüb.

Komanda.az xəbər verir ki, Madaqaskar mətbuatı Konqonun ən varlı şəxslərindən sayılan və “Mazembe” klubunun sahibi olan Moyze Katumbinin Zimbabvenin qapıçısı Elvis Çipeseseyə rüşvət verdiyini iddia edib. Katumbinin Elvisə yüksək məbləğdə pul və yüksək məvacibli transfer sözü verdiyi bildirilir.

Katumbinin komandası olan “Mazembe”nin iki futbolçusu bir müddət əvvəl Belçikanın “Anderlext” klubuna transfer olunub.

Konqo Zimbabeni 4:0 hesabıyla məğlub edərək, Afrika Millətlər Kubokunda ən yaxşı qrup 3-cüsü olaraq 1/8 finala vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button