
AFFA “Neftçi”nin şikayətini təmin etmədi
“Neftçi”nin futbolçusu Bassalu Sambu ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin hücumçu ilə bağlı 2 oyunluq cəza və 1500 manatlıq cərimə qərarını qüvvədə saxlayıb.
Bassalu Sambu Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununun 58-ci dəqiqəsində ciddi qayda pozuntusuna yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



