AÇ: Azərbaycan avarçəkəni 9-cu oldu

Azərbaycan avarçəkəni Ziya Məmmədzadə Belçikanın Mexelen şəhəri yaxınlığındakı Hazevinkel bazasında 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş Avropa çempionatında çıxış edib.

Komanda.az xəbər verir ki, Məmmədzadə 1 nəfərlik yüngül çəkili qayıqla 2000 metr məsafəyə yürüşə qatılıb.

O, təsnifat mərhələsində 7 dəqiqə 45,67 saniyə nəticə ilə öz yürüşünün iştirakçıları arasında 5-ci, təsəlliverici yürüşdə 7 dəqiqə 28,92 saniyə göstərici ilə 3-cü yeri tutaraq, B finalına yüksəlib.

Son mərhələdə isə azərbaycanlı avarçəkən finiş xəttinə 7 dəqiqə 28.93 saniyəyə çataraq, 3-cü olub və yekun nəticədə Avropa çempionatını 9-cu sırada başa vurub.

Avropa çempionatında 30 ölkənin 200-dən çox avarçəkəni mübarizə aparıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button