AÇ-2024: Azərbaycan millisindən Estoniya ilə heç-heçə

Bu gün Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, milli komanda F qrupundakı 3-cü sınağında Estoniyanı qəbul edib.

“Dalğa Arena”da keçirilən görüşdə hesabı qonaqlar açıblar. Millimiz ikinci hissədə hesabı bərabərləşdirsə də, bundan artığına gücü çatmayıb. Qarşılaşma isə heç-heçə bitib.

Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi oyunlarda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzub.

Bu qrupun digər oyununda Belçika və Avstriya yığmaları üz-üzə gələcək.

AÇ-2024-ün seçmə mərhələsi
F qrupu, 3-cü tur

17 iyun

Azərbaycan – Estoniya 1:1
Qol: Anton Krivotsyuk, 62 – Rauno Sappinen, 27.
Baş hakim: Andrey Berka (Çexiya)
Bakı, “Dalğa Arena”

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 15. Bədavi Hüseynov, 16. Elvin Camalov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Yusif İmanov, 2. Amin Seydiyev, 5. Anton Krivotsyuk, 7. Namiq Ələsgərov, 13. Qismət Alıyev, 14. Rüstəm Əhmədzadə, 17. Toral Bayramov, 18. Coşqun Diniyev, 19. Filip Ozobiç, 21. Emil Səfərov, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.
Estoniya: 12. Karl Hein, 2. Marten Kuusk, 3. Marko Lukka, 4. Mattias Kait, 6. Ramus Peetson, 8. Henri Anier, 14. Konstantin Vassilyev (k), 15. Rauno Sappinen, 17. Martin Miller, 18. Karol Mets, 19. Vlasi Sinyavski.
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Andre Vallner, 5. Rokko Şein, 7. Georgi Tunyov, 9. Erik Sorqa, 10. Martin Vetkal, 11. Henrik Oyamaa, 13. Mixael Lilander, 16. Sten Reinkort, 20. Markus Poom, 21. Nikita Baranov, 23. Taiyo Teniste.
Baş məşqçi: Tomas Heberli.


Xal : Avstriya – 6. Belçika – 3. İsveç – 3. Estoniya – 1. Azərbaycan – 1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button