Komanda məşq edərkən meydançaya timsah girdi – video

ABŞ-ın “Toronto” komandasının məşqində qeyri-adi hadisə yaşanıb.

Komanda.az xəbər verir ki, komandanın məşqi zamanı meydana timsah daxil olub. Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Futbolçular onu qovmağa çalışsalar da, timsah meydanda qalaraq, uzanıb.

Bundan sonra “Toronto”lu futbolçular heyvanla şəkil çəkdirməyə başlayıblar. Timsah bir müddət sonra meydanı tərk edib.