A Seriyasının oyunları azarkeşsiz keçiriləcək

Koronavirusun Avropada ən çox yayıldığı İtaliyada futbol yarışları ilə bağlı yekun qərar qəbul olunub.

Komanda.az xəbər verir ki, bu ölkənin idman naziri Vincentso Spadafora A Seriyasının və klubların rəhbərləri ilə görüşərək, mövcud vəziyyəti müzakirə edib.

Aparılan müzakirələrdən sonra A Seriyasında bütün oyunların azarkeşsiz keçirilməsinə qərar verilib. Beləliklə, İtaliya çempionatında bütün qarşılaşmalar aprelin 3-nə qədər boş tribunalar önündə keçiriləcək.

Xatırladaq ki, A Seriyasında son iki turun əksər qarşılaşmaları, həmçinin İtaliya kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmaları təxirə salınıb. Bu ölkədə virusa yoluxanların sayı 2 mindən çoxdu, azı 79 nəfər isə dünyasını dəyişib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button