Ardıcıl 38 oyundur qol buraxırlar

“Bolonya” İtaliya A Seriyasının 5-ci turunda “Latsio”ya 1:2 hesabı ilə məğlub olub.
 
Komanda.az xəbər verir ki, “Bolonya” bu nəticə ilə antirekorda imza atıb. Belə ki, komanda A Seriyasında ardıcıl 38-ci oyunda qapısından qol buraxıb. Bu, “böyük beşlik” çempionatlarında antirekorddur. Komanda bu oyunlarda ümumilikdə 69 top buraxıb.

“Bolonya” sonuncu dəfə 2019-cu il sentyabrın 25-də, “Cenoa” ilə görüşdə qapısının toxunulmazlığını qorumağı bacarıb.
 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button