Türkiyə millisinin sabiq üzvü karyerasını bitirdi
Futbol üzrə Türkiyə yığmasının sabiq yarımmüdafiəçisi Selçuk Şahin karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, geridə qalan mövsümü “Bursaspor”da keçirmiş futbolçu 39 yaşında yaşıl meydanlarla vidalaşmağa qərar verib.
O, bu qərarını sosial şəbəkə hesabında açıqlayıb. Selçuk 22 illik karyerasına “Hatayspor”da başlayıb. Ardından “İstanbulspor”da da forma geyinən yarımmüdafiəçi 2003-cü ildə “Fənərbaxça”ya üz tutub. Türkiyə millisində 25 oyun keçirmiş Şahin, İstanbul təmsilçisində 2015-ci ilə qədər forma geyinib, 300-dən çox oyuna çıxıb. O, son illərdə “Vil” (İsveçrə), “Gənclərbirliyi”, “Göztəpə” və “Bursaspor”un uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin