Super Liqa klubundan Erediviziya təmsilçisinə
Türkiyənin “Kayserispor” klubu yarımmüdafiəçisi Ben Rienstra ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, 30 yaşlı niderlandlı futbolçu ölkəsinin “Fortuna Sittard” klubuna transfer olunub.
O, Erediviziya təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Rienstra “Kayserispor”da ötən mövsümün əvvəlindən çıxış edirdi. Yarımmüdafiəçi bu komandada 29 oyun keçirib.
Kayseri təmsilçisi digər yarımmüdafiəçisi Ziya Alkurtla da vidalaşıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 29 yaşlı futbolçu “Altay”a transfer olunub. Ziya da 2019-cu ilin yayından “Kayserispor”un uğurları üçün çalışırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin