Premyer Liqada son mövsümün ən yaxşısı məlum oldu

İngiltərə Premyer Liqasında 2019/20-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu, “Mançester Siti”nin futbolçusu Kevin de Bruynedir. 29 yaşlı futbolçu başa çatan mövsümdə 13 qol vurub, 20 məhsuldar ötürmə edib. O, məhsuldar ötürmə sayında Tyerri Anrinin 2002/2003-cü ildəki rekordunu yeniləyib.

Bundan başqa, de Bruyne 2011/12-ci il mövsümündə Vensan Kompani (“Mançester Siti”) və 2014/15-ci il mövsümündə Eden Hazarddan (“Çelsi”) sonra bu mükafata layiq görülən 3-cü belçikalı futbolçu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button