“Barselona”nın futbolçusu koronavirusa yoluxdu

“Barselona”nın bir futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, komandanın 9 nəfərdən ibarət hazırlıq qrupunda olan futbolçuların birinin koronavirus testi pozitiv nəticələnib. Adı açıqlanmayan futbolçunun heç bir simptomunun olmadığı və karantinə alındığı bildirilib.

Koronavirusa yoluxan futbolçunun Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Bavariya” ilə oyun üçün Portuqaliyaya yollanacaq futbolçularla təmasda olmadığı vurğulanıb.

“Barselona” – “Bavariya” oyunu avqustun 14-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button