Azərbaycan boksçuları Sofiyada 2 “bürünc”lə kifayətləndi

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində yarımfinal mərhələsinin döyüşləri başa çatıb.

Komanda.az xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin 2 üzvü də qüvvəsini sınayıb.

+91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev üçüncü sınağında amerikalı Riçard Torreslə üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb.

Komandamızın digər boksçusu Aynur Rzayeva (75 kq) da yarımfinalda büdrəyib və Naomi Qraham (ABŞ) həlledici qarşılaşmaya vəsiqə qazanıb. Nəticədə hər iki boksçumuz 70-ci dəfə təşkil edilən yarışı bürünc medalla başa vurub.

43 ölkədən 360 idmançının qatıldığı yarışın final görüşləri bu gün olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button