“Real” “Xetafe” matçına onsuz çıxacaq
“Real” İspaniya La Liqasının 33-cü turunda “Xetafe” ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, “kral klubu”nun futbolçusu Eden Hazard sözügedən matçda iştirak etməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Real”ın baş məşqçisi Zinəddin Zidan 29 yaşlı yarımmüdafiəçiyə istirahət verib və o, “Xetafe” ilə matçda olmayacaq.
Bu gün keçiriləcək “Real” – “Xetafe” matçı saat 00:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin