“Valensiya” baş məşqçisini qovdu
İspaniyanın “Valensiya” klubu baş məşqçisi Albert Seladesi istefaya göndərib.
Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
44 yaşlı ispan mütəxəssis ötən ilin sentyabrından bu komandanı çalışdırırdı. O, həmin vaxt baş məşqçi postunda Marselinyo Qarsiya Toralı əvəz etmişdi. Lakin “Valensiya” Seladesin rəhbərliyi altında UEFA Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazana bilmədi, La Liqada da 32 turdan sonra 8-ci pillədə qərarlaşıb.
Artıq komandaya müvəqqəti baş məşqçi də təyin olunub. Klubun yaydığı məlumata görə, mövsümün qalan hissəsində komandanı Voro Qonsales çalışdıracaq. 56 yaşlı mütəxəssis altıncı dəfə “Valensiya”da baş məşqçi olur. O, daha öncə “Valensiya”da dörd dəfə müvəqqəti əvəzləyici olub, 2016/17 mövsümündə isə baş məşqçi kimi çalışıb. İspan çalışdırıcı 2017-ci ildən məşqçilər korpusunda yer alırdı.
Bizi Facebook-da izləyin