“Real”ın futbolçusu sıradan çıxdı
İspaniyanın “Real” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Naço komandanın son məşqlərindən birində zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu sağ ayaq əzələsindən zədə alıb.
İspaniyalı futbolçunun bərpa müddəti barədə məlumat verilmir. Amma onun koronavirus pandemiyasına görə yarıda qalmış mövsümün bərpasından sonrakı ilk oyunlarda iştirak etməyəcəyi dəqiqdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin