PSJ istəyinə çatdı – 57 milyon avro qarşılığında

İcarə əsasında PSJ-də çıxış edən, müqavilə ilə “İnter”ə məxsus olan Mauro İkardi karyerasını Paris klubunda davam etdirəcək.

Komanda.az “Sky Sport”a istinadən xəbər verir ki, parislilər argentinalı hücumçunun transferi üçün “İnter”lə anlaşıb. Paris klubu qarşı tərəfə bu transfer üçün 57 milyon avro (50 milyon+7 milyon avro bonus) ödəyəcək.

Transferin digər detallarına yaxın günlərdə aydınlıq gələcək.

2019-20 mövsümünü icarə əsasında PSJ-də keçirən İkardi, iştirak etdiyi 31 oyunda 20 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button