Ançelotti Fransa klubunda – Rəsmi

Fransanın “Lill” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisini Davide Ançelotti çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Davide Ançelotti Karlo Ançelottinin oğludur. İtaliyalı məşqçi son olaraq Braziliya millisində atasının köməkçisi kimi çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button