Türkiyə klubunda koronavirus şoku – 11 yoluxma
Türkiyənin 1-ci liqasında mübarizə aparan “Erzurumspor” klubunda futbolçu və məşqçi heyəti, eləcə də digər çalışanlar koronavirus testindən keçirilib.
Komanda.az xəbər verir ki, testlərdən bütövlükdə 11-nin nəticəsi pozitiv çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, koronavirus aşkarlananlardan dördü futbolçu, biri məşqçidi. Digərləri isə klubda müxtəlif vəzifələrdə çalışırlar.
“Erzurumspor”da daha 12 nəfərin koronavirusa yoluxma şübhəsi olduğu iddia olunur. Klubun məlumatına görə, test nəticəsi müsbət çıxanlarla yanaşı, onlar da xüsusi nəzarətə götürüblər. Onların hamısından təkrar analizlər götürüləcək.
Qeyd edək ki, TFF 1-ci liqada 2019/20 mövsümünün iyunun 19-da bərpa edilməsi gözlənilir.
Bizi Facebook-da izləyin